Dünyanın mədəni irsi haqqında çəkilişlər edirəm. Mən insanlar tərəfindən yaradılan yerləri paylaşıram. Həmçinin Azərbaycanın təbiəti çox gözəldir.
×
Dünyanın mədəni irsi haqqında çəkilişlər edirəm. Mən insanlar tərəfindən yaradılan yerləri paylaşıram. Həmçinin Azərbaycanın təbiəti çox gözəldir.
AZƏRTAC xəbər verir ki, bunu “Dünya xəzinələri - Azərbaycan” filminin müəllifi, tarixçi, yazıçı, aparıcı və məşhur “Dünya xəzinələri” sənədli filmlər silsiləsinin ssenari müəllifi və təqdimatçısı professor Bettani Hyuz jurnalistlərə müsahibəsində söyləyib.
“Biz dünyanın ortaq tarixinə də nəzər salırıq”, - deyən professor Bettani Hyuz insanlığın ən gözəl xüsusiyyətlərinin əməkdaşlıq, davamlılıq, mədəniyyət və tarixin çiçəklənməsi olduğunu qeyd edib.
“Azərbaycana ilk dəfə 5 il əvvəl gəldim. Lakin sonra səyahət edə bilmədim. Mən bu diyarın təbiətindən ilhamlandım. Bilirdim ki, buraya geri dönməli və Qafqazla Xəzərin arasında yerləşən bu gözəl yerin tarixini daha da araşdırmalıyam”, - deyən Bettani Hyuz filmi izləyənlərin də onun kimi ilhamlanacağına ümidvar olduğunu bildirib