Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə başlanılıb

ID:

04.07.2025 17:15 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / Səfiyar Məcnun

İyulun 4-də beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər.