Bərdənin Məşədi İbişli kəndinə təbii qaz verilib
ID:
07.08.2020 20:45 / REGİONLAR
Bərdə rayonunun təbii qazla təmin edilən yaşayış məntəqələrinin sırasına Məşədi İbişli kəndi də əlavə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kəndin qazlaşdırılması məqsədilə ümumi uzunluğu 6 min metrə yaxın müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, 60 evdə sayğac, eləcə də fərdi tənzimləyici quraşdırılıb.
2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.