Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin gündəliyində duran əsas məsələlərdən biri də gender bərabərliyi haqqında qanunun tələblərinin yerinə yetirilməsi ilə bağlıdır ki, iki ildir bu barədə Milli Məclisə hesabat verilir.
×

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.
O bildirib ki, bələdiyyələrdə gender komissiyaların yaradılması ilə bağlı tədbirlər həyata keçirilir.
“Gender məsələsi ailə daxilində kişi və qadın münasibətlərinə düzgün münasibət yaratmalıdır. Həmçinin bu, ailədə mənəvi-psixoloji cəhətləri də tənzimləyə bilər”, - deyə sədr müavini qeyd edib.