Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 2020/2021-ci tədris ili üçün V siniflərə şagird qəbulu imtahanı avqustun 25-də keçiriləcək.
×
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 2020/2021-ci tədris ili üçün V siniflərə şagird qəbulu imtahanı avqustun 25-də keçiriləcək.
BDU-dan AZƏRTAC-a bildirilib ki, imtahan saat 11:00-da başlayacaq. Bakı Dövlət Universitetinin 1 saylı tədris binasında keçiriləcək imtahan ənənəvi qaydada test üsulu ilə olacaq.
İmtahanda iştirak edəcək şagirdlər imtahana buraxılış vərəqəsi və sağlamlıq haqqında bəyannamə formasını avqustun 19, 20, 21 və 24-də saat 10:00-dan 17:00-dək “Gənc istedadlar” liseyinin sənəd qəbulu komissiyasından əldə edə bilərlər.
Buraxılış vərəqəsi üçün komissiyaya şəxsiyyəti təsdiq edən sənədin surəti, 3x4 ölçüdə 2 ədəd fotoşəkil təqdim olunmalıdır.
Ətraflı məlumatı [email protected] ünvanı və (012) 510-74-54, (012) 510-74-94, (050) 793-82-18 əlaqə nömrələrindən əldə etmək olar.