Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

BDU və Milli Depozit Mərkəzi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

ID:

16.05.2024 16:15 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / İlkin Cavanşirov

Bakı Dövlət Universiteti (BDU) və Milli Depozit Mərkəzi (MDM) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən rektor Elçin Babayev universitetin 105 illik yubileyi ərəfəsində BDU-nun ölkədaxili və beynəlxalq əlaqələrinin gücləndirilməsinin əsas prioritetlərdən biri olduğunu söyləyib.