Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

BDU və BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisi birgə beynəlxalq tədbir keçirir

ID:

31.10.2022 10:45 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / İlkin Cavanşirov

Oktyabrın 31-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Xarici Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA) və Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı, Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə Beynəlxalq Komitə (ICG) və ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) tərəfdaşlığı və dəstəyi ilə “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” BMT/Azərbaycan beynəlxalq tədbirinin (“United Nations/Azerbaijan Workshop on the International Space Weather Initiative: The Sun, Space Weather and Geosphere”) açılış mərasimi keçirilib.