Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb. Bununla bağlı Bakı Hərbi Məhkəməsi qərar çıxarıb.
×
Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb. Bununla bağlı Bakı Hərbi Məhkəməsi qərar çıxarıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a faktı təsdiqləyiblər.
Qeyd edək ki, Ə.Nağıyev və Sahil Mühafizə Xidmətinin vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş Prokurorluğun keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.