Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Baş Prokurorluq Abşerondakı məmur həbsləri ilə bağlı yayılan məlumatlara münasibət bildirib

ID:

22.06.2020 10:40 / CƏMİYYƏT

Foto Azertac

Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi kütləvi informasiya vasitələrində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron Rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxslərinin saxlanılması barədə dəqiqləşdirilməmiş informasiyaların yayılmasına münasibət bildirib.