1875-ci il iyulun 22-də öz dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən biri olan Həsən bəy Zərdabi tərəfindən təsis edilmiş “Əkinçi” qəzetinin birinci nömrəsi çapdan çıxıb və beləliklə, Azərbaycanda milli mətbuatın əsası qoyulub.
×

AZƏRTAC xəbər verir ki, Bakıdakı Rus Evində (RİMM) Milli Mətbuat Gününə həsr edilmiş tədbir keçirilib. Tədbir konsert proqramı ilə başlayıb. Sonra “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov çıxış edib. O, jurnalistləri peşə bayramları münasibətilə təbrik edib, onlara yeni uğurlar və yaradıcılıq ilhamı arzularını bildirib.
Sonra daha çox fərqlənmiş KİV nümayəndələrinin təltif edilməsi mərasimi keçirilib. Jurnalistlərə fəxri fərmanlar təqdim edilib. Təltif olunanlar arasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşları Leyla Muradzadə və Tofiq Babayev də var.