Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bakıdakı “TeamGym” üzrə Avropa çempionatında ilk qaliblər bəlli olub

ID:

18.10.2024 15:30 / İDMAN

Foto : AZƏRTAC / İlqar Cəfərov

Bakıda keçirilən “TeamGym” üzrə 15-ci Avropa çempionatında ilk qaliblər müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, turnirin üçüncü günündə ilk olaraq yeniyetmə oğlanlardan ibarət 5 kollektiv “TeamGym” xalçası, akrobatika cığırı və trampet (minibatut) üzərində çıxış edib.