Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bakıda XVII Beynəlxalq Caz Festivalı başlayıb

ID:

15.11.2022 21:50 / MƏDƏNİYYƏT

Foto : AZƏRTAC / İlkin Cavanşirov

Noyabrın 15-də XVII Bakı Beynəlxalq Caz Festivalı başlayıb. Festivalın açılış mərasimi ADA Universitetində keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, respublikanın mədəniyyət ictimaiyyətinin nümayəndələri, caz musiqisi həvəskarları iştirak ediblər.