Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bakıda Türk Filmləri Həftəsi başlayıb

ID:

17.12.2022 20:50 / MƏDƏNİYYƏT

Foto : AZƏRTAC / Mehriban Kərimova

Nizami Kino Mərkəzində Türk Filmləri Həftəsinin açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Bakıdakı Yunis Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə reallaşan mərasimə həftə boyu nümayiş olunacaq filmlərin yaradıcı heyəti, tanınmış türk sənətçiləri, kinematoqrafçıları qatılıb.