Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bakıda Süni İntellekt və Verilənlər Elmi üzrə II Avrasiya Forumu keçirilir

ID:

16.10.2025 12:35 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / Səfiyar Məcnun

Oktyabrın 16-da Süni İntellekt və Verilənlər Elmi üzrə II Avrasiya Forumu öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Bakı Dövlət Universiteti (BDU), “Codelandia” MMC və İsrailin Ben-Qurion Negev Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbir dünyanın müxtəlif ölkələrindən alimləri, mütəxəssisləri və innovatorları bir araya gətirərək süni intellekt və verilənlər elmi sahəsində son nailiyyətlərin müzakirəsinə geniş imkan yaradır.