Aprelin 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşəbbüsü ilə Heydər Məscidində Müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb.
×

AZƏRTAC xəbər verir ki, iftar mərasimində Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, DQİDK-nın sədri Mübariz Qurbanlı, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, şəhid ailələri, qazilər, müharibə veteranları və İlahiyyat İnstitutunun tələbələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər Ramazan ayının insanlar arasında mənəvi saflıq və paklıq ayı olmasını qeyd ediblər. Bildirilib ki, şəhid ailələrinə diqqət və qayğı dövlətimizin siyasətinin prioritet məsələlərindən biridir. Çıxış edənlər dövlətimizin başçısının şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb, ölkəmizdə həyata keçirilən dövlət-din siyasətindən, Ramazan ayının fəzilətindən bəhs ediblər.
Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.