Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bakıda Şahmat üzrə Dünya Kubokunun bağlanış mərasimi olub, qaliblər mükafatlandırılıb

ID:

24.08.2023 21:50 / İDMAN

Foto : AZƏRTAC / Azər İbrahimov

Bakıda Şahmat üzrə Dünya Kubokunun bağlanış və mükafatlandırma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, şahmatçılar və digər qonaqlar iştirak ediblər.