Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bakıda Rusiya universitetlərinin təhsil sərgisi keçirilir

ID:

20.09.2024 14:35 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / Arif Quluzadə

Bakıdakı Rus evində Rusiyanın 25 ali təhsil müəssisəsinin iştirakı ilə təhsil sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sentyabrın 21-dək davam edəcək sərgidə Rusiya universitetlərinin nümayəndələri öz resurs imkanlarını nümayiş etdirir, təhsil proqramları və layihələrinin perspektivləri və üstünlükləri barədə məlumat verir, həmçinin universitetlərə qəbul və sənədlərin təqdim edilməsi prosedurunu izah edirlər.