Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bakıda Olimpiya və Paralimpiya Cüdo Klubunun açılış mərasimi keçirilib

ID:

23.11.2021 13:05 / İDMAN

Foto : AZƏRTAC / İlkin Cavanşirov

Noyabrın 23-də Bakıda Olimpiya və Paralimpiya Cüdo Klubunun açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov, qurumun vitse-prezidenti, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli və digər şəxslər iştirak ediblər.