Bakıda batut gimnastikası üzrə dünya kuboku yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, turnirdə ilk olaraq kişi batutçular mübarizəyə qoşulublar.
×
Bakıda batut gimnastikası üzrə dünya kuboku yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, turnirdə ilk olaraq kişi batutçular mübarizəyə qoşulublar.
Kişi batutçuların təsnifat yarışına portuqaliyalı idmançı Pedro Ferreira başçılıq edir. Batutçunun çıxışı hakimlər tərəfindən 57,650 xalla qiymətləndirilib.
İlk üçlükdə türkiyəli Gürkan Mutlu (56,640 xal) və Qazaxıstan təmsilçisi Roman Barkov (55,220) yer alıblar.
İki gün davam edəcək yarışda ölkəmizi Selcan Mahsudova təmsil edəcək.
Batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə dünya kuboku yarışı Bakıda beşinci dəfə təşkil olunur.
Qeyd edək ki, idmansevərlər batut ulduzlarının təqdimatında maraqlı mübarizəni “İdman TV” kanalı vasitəsilə canlı izləyə biləcəklər.
Yarışlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilir.
Ənənəyə uyğun olaraq, kubok yarışlarında ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.