Bakıda batut gimnastikası üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, qadın tamblinqçilər arasında finala yüksələn komandalar müəyyənləşib.
×
Bakıda batut gimnastikası üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, qadın tamblinqçilər arasında finala yüksələn komandalar müəyyənləşib.
Noyabrın 19-da təşkil olunacaq finalda Böyük Britaniya (196,500 xal), Fransa (196,400), Rusiya Gimnastika Federasiyası (194,300), Belçika (194,250) və ABŞ (186,200) komandaları çıxış edəcəklər.
Noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.
Yarışların ilk iki gün təsnifat, sonuncu iki gün isə finallar keçiriləcək. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.