Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bakıda keçirilən dünya çempionatında 10 ölkədən gimnastlar mükafatçılar sırasında yer alıblar

ID:

13.03.2022 19:45 / İDMAN

Foto : AZƏRTAC / İlqar Cəfərov

Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatına martın 13-də yekun vurulub.

AZƏRTAC xəbər verir ki, dörd gün davam edən çempionatda 17 ölkədən 170 gimnast birincilik uğrunda mübarizə aparıb.