Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bakıda keçirilən 28-ci dünya yaş qrupları yarışlarının növbəti mükafatçıları bəlli olub

ID:

27.11.2021 20:25 / İDMAN

Foto : AZƏRTAC / İlqar Cəfərov

Bakıda keçirilən 28-ci dünya yaş qrupları yarışlarında qızlar arasında tamblinq üzrə qaliblər müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, turnirdə 11-12 yaş kateqoriyasında final mərhələsində uğurla çıxış edən Rusiya idmançıları Varvara Doroxova (30,200 xal) və Liya Valieva (29,800 xal) ilk iki pillədə yer alıblar.