Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına 145 ölkədən idmançılar qatılacaqlar

ID:

16.05.2023 15:25 / İDMAN

Foto : AZƏRTAC / Mehriban Kərimova

Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatında 145 ölkədən 1000-dək idmançı iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov mayın 16-da təşkil olunan mətbuat konfransında deyib.