Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bakıda keçiriləcək arena polo üzrə Avropa çempionatının təqdimat mərasimi olub

ID:

13.09.2022 19:25 / İDMAN

Foto : AZƏRTAC / Azər İbrahimov

Bakıda keçiriləcək arena polo üzrə Avropa çempionatının sentyabrın 13-də təqdimat mərasimi olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev, Avropa Polo Federasiyasının prezidenti, Beynəlxalq Polo Federasiyasının vitse-prezidenti Piero Dillier və digər rəsmi şəxslər iştirak ediblər.