Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bakıda Gürcüstanın tanınmış mədəniyyət xadimləri ilə görüş keçirilib

ID:

14.04.2022 17:40 / MƏDƏNİYYƏT

Foto : AZƏRTAC / Mehriban Kərimova

Aprelin 14-də Milli İncəsənət Muzeyində Gürcüstandan gəlmiş mədəniyyət xadimləri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli qonaqları salamlayaraq onlara ölkələrimiz arasındakı strateji tərəfdaşlığın mədəniyyət sahəsində də əlaqələrin inkişafına geniş imkanlar yaratdığını bildiriblər.