Bakıda “Vüqar Həşimov memorialı” start götürüb
ID:
18.12.2021 17:20 / İDMAN
Dekabrın 18-də azərbaycanlı qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan super turnirə start verilib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimindən sonra atılan püşkün nəticələrinə əsasən, rapid yarışının ilk turunda Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov Çexiya idmançısı David Navara, Rauf Məmmədov hindistanlı Vişvanatan Anand, Vüqar Əsədli isə Fabiano Karuano ilə qarşılaşırlar.
2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.