İyulun 20-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı çərçivəsində “Qadınların yerli idarəetmədə iştirakının artırılması” mövzusunda dəyirmi masa keçirilib.
×
İyulun 20-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı çərçivəsində “Qadınların yerli idarəetmədə iştirakının artırılması” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, dəyirmi masada dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər.
Dəyirmi masada çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, ölkəmizdə gender bərabərliyinin təmin olunması üçün zəruri hüquqi baza mövcuddur və bu, ilk növbədə, ali sənəd olan Konstitusiyada öz əksini tapıb. Qadın problemləri dövlətimiz tərəfindən daim diqqətdə saxlanılır və gender proqramları ardıcıl surətdə həyata keçirilməkdədir.
Sədaqət Qəhrəmanova, həmçinin qeyd edib ki, ölkəmizdə sağlam ailə modelinin, ailə institutunun formalaşması, ailə dəyərlərimizin qorunub saxlanılması istiqamətində xüsusi tədbirlər həyata keçirilir.
Tədbirdə qadınların yerli idarəetmədə təmsilçiliyində mövcud problemlər və inkişaf yolları barədə fikir mübadiləsi aparılıb. Həmçinin bələdiyyələrdə yaradılan gender komissiyalarının potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti, pilot gender komissiyalarının təcrübəsi, maneələr və perspektivlər mövzusunda müzakirələr keçirilib.