Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bakıda “Müasir Azərbaycan memarlığında Heydər Əliyev fenomeni” adlı konfrans keçirilib

ID:

05.05.2023 16:00 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / Aydın Məmmədov

Mayın 5–də Azərbaycan Respublikası Memarlar İttifaqı, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Beynəlxalq Memarlıq Akademiyasının Bakı Akademik Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Müasir Azərbaycan memarlığında Heydər Əliyev fenomeni” mövzusunda elmi-praktik konfrans keçirilib.