Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bakı polisi: Paytaxtda məhdudiyyətlərin tətbiqinə başlanılıb

ID:

21.06.2020 02:40 / CƏMİYYƏT

Foto Azertac

Sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq paytaxtda məhdudiyyətlər tətbiq olunur.

Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı şəhərində iyunun 21-i saat 00:00-dan iyulun 5-i saat 06:00-dək məhdudiyyətlərin tətbiqinə başlanılıb.