Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bakı küçələrində “Avro-2020” həyəcanı

ID:

11.06.2021 18:15 / İDMAN

Foto : AZƏRTAC / Tofiq Babayev

Avropada futbol bayramının başlanmasına saatlar qalıb. Bu həyəcan Avropanın 10 şəhəri ilə yanaşı, Bakıda da hiss olunmaqdadır. İyirmi dörd komandanın 6 qrupda mübarizə aparacağı Avropa çempionatının A qrupunun 3 və dörddəbir final mərhələsinin 1 matçına Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək.