Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə start verilib

ID:

08.10.2022 10:40 / İDMAN

Foto : AZƏRTAC / Azər İbrahimov

Oktyabrın 8-də Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə start verilib.

AZƏRTAC xəbər verir ki, yarışdan əvvəl Bakı Tennis Akademiyasında keçirilən açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, Bakı Abadlıq Xidmətinin rəhbəri Bünyad Qasımov və Milli Məclisin deputatı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası İcraiyyə Komitəsinin üzvü Rauf Əliyev çıxış edərək turnir iştirakçılarına uğur arzulayıblar.