Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bakı kartinq yarışının qalibləri bəlli olub

ID:

01.02.2023 11:10 / İDMAN

Foto : AZƏRTAC / Arif Quluzadə

Yanvarın 31-də Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi ilə Bakı kartinq yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Kartinq Mərkəzində (BKM) təşkil olunan yarışda 30-dan çox idmançı iki yaş – 16 yaşadək və 16 yaşdan yuxarı kateqoriyada mübarizə aparıb.