Oktyabrın 8-də X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Zərəngiz Dəmirçi Qayalının “Zəfər sədası” kitabının təqdimat mərasimi keçirilib.
×
Oktyabrın 8-də X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Zərəngiz Dəmirçi Qayalının “Zəfər sədası” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat zamanı kitabda şairin son dövrlərdə yazdığı şeir və poemalarının toplandığı bildirilib. Qeyd olunub ki, nəşrdə yer alan “Polad Poladım” şeiri Milli Qəhrəman, general Polad Həşimova, “Adımın üstündə böyüyən igid” şeiri Milli Qəhrəman Mübariz İbrahimova, “Hər ömür bir nəğmə…” poeması Xalq şairi Rəsul Rzaya, “Tənha qayıq” poeması isə unudulmaz şairə, Prezident təqaüdçüsü Nurəngiz Günə həsr edilib. Eyni zamanda, müəllifin Çanaqqala zəfərinə həsr olunmuş balladası da bu kitaba daxil edilib.
Toplu əsasən vətənpərvərlik mövzusuna həsr edilmiş əsərlərdən ibarətdir. Bu əsərlərdə Vətən müharibəsində qazandığımız Qələbə, qalib əsgərlərimiz Vəfa Dəmirçioğlu, Məhəmməd Məmmədov, Adil Əfəndiyev və digər ölməz şəhidlərimizin misilsiz qəhrəmanlıqları tərənnüm olunub.
Nəşrdəki şeirlərin az bir qismi dövri mətbuatda dərc olunub. Poemalar və şeirlərin əksəriyyəti ilk dəfə işıq üzü görüb.
Kitab şəhid Vəfa Dəmirçioğlunun (Mansurova) əziz xatirəsinə həsr olunub.