Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bakı Apellyasiya Məhkəməsində Azərbaycan ərazisində terror-təxribat cinayətləri törədən erməni silahlı dəstələrinin üzvləri ilə bağlı məhkəmə iclası keçirilib

ID:

02.07.2021 18:40 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Tofiq Babayev

Ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla atəşkəsin elan edilməsindən sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin üzvləri ilə bağlı cinayət işi üzrə iyulun 2-də Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında növbəti məhkəmə iclası keçirilib.