Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan ərazisində terror-təxribat cinayətləri törədən erməni silahlılarının növbəti məhkəməsi keçirilib

ID:

01.07.2021 18:05 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Rəşad Mehdiyev

Ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla atəşkəsin elan edilməsindən sonra Azərbaycan Respublikasının ərazisinə gizli yollarla qanunsuz keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin üzvləri ilə bağlı cinayət işi üzrə iyulun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə iclası keçirilib.