Azərbaycanda ictimai-siyasi dialoq üçün əlverişli şərait və sağlam mühit mövcuddur.
AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova martın 4-də “Qadın hüquqları yeni ictimai-siyasi reallıqlar kontekstində” mövzusunda keçirilən konfransda söyləyib.
×

Komitə sədri bildirib ki, Azərbaycan Vətən müharibəsində Qələbəsi ilə regionda yeni reallıq yaradıb və beynəlxalq aləmdə nüfuzunu artırmaqda davam edir. Regionda yaradılan yeni reallıq və yeni dünya nizamına uyğun olaraq qarşıya yeni vəzifələr qoyulur.
"Azərbaycanda qadın hüquqları milli qanunvericiliklə tənzimlənir və bu sahə üzrə qanunlarda əksini tapan müddəalara əməl edilməsi, problemlərin həll olunması prioritet məsələlərdir. Yeni yanaşmalar və proqramların qəbul edilməsi mütləqdir. Bu istiqamətdə müəyyən qarşıya vəzifələr çıxır. Qadınların ictimai-siyasi həyatda rolu, xüsusilə qızların təhsili ilə bağlı məsələlər daha aktualdır", - deyə Bahar Muradova əlavə edib.
Komitə sədri yeni siyasi konfiqurasiya mühitində konfransın qadın hüquqlarının müdafiəsi işinə töhfəsini verəcəyinə əminliyini ifadə edib.