Ailə hər birimiz üçün müqəddəs məkan və isti ocaqdır. Cəmiyyət olaraq Azərbaycanda ailə dəyərlərinin qorunub saxlanılmasına və daha möhkəm ailələrin yaranmasına çalışmalıyıq.
×
Ailə hər birimiz üçün müqəddəs məkan və isti ocaqdır. Cəmiyyət olaraq Azərbaycanda ailə dəyərlərinin qorunub saxlanılmasına və daha möhkəm ailələrin yaranmasına çalışmalıyıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə müsahibəsində söyləyib.
Komitə sədri dünya ölkələrinin, xüsusilə Türkiyənin qabaqcıl təcrübəsindən yararlanmağın faydasından danışıb.
Bahar Muradova deyib: "Cəmiyyət olaraq hər birimiz bu məsələdə çox həssas və diqqətli olmalıyıq. Bu məsələdə mənfi deyil, müsbət tendensiyaları əsas tutmalıyıq".