Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

AzMİU-da Anım Günü şəhid ailələri və qazilərlə birgə qeyd olunub

ID:

27.09.2022 15:50 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / İlqar Cəfərov

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 27 Sentyabr –Anım Günü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, AzMİU-nun şəhid məzun və tələbələrinin xatirəsinə ehtiram olaraq yaradılan Memorial-Xatirə Kompleksinin qarşısında keçirilən tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələrlə yanaşı, şəhid ailələri və qazilər də iştirak ediblər.