Dekabrın 24-də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirində qrup mərhələsinin altıncı turuna start verilib.
×
Dekabrın 24-də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirində qrup mərhələsinin altıncı turuna start verilib. Turnirdə C qrupunda yer alan AZƏRTAC-ın komandası bu turda Əqli Mülkiyyət Agentliyinin kollektivi ilə üz-üzə gəlib.
AZƏRTAC xəbər verir ki, Xətaidəki “Azfar” stadionunda oynanılan və gərgin idman mübarizəsi şəraitində keçən görüş AZƏRTAC-ın komandasının 8:0 hesablı qələbəsi ilə yekunlaşıb.
AZƏRTAC ilk oyunda Müdafiə Nazirliyinin kollektivinə 3:2 hesabı ilə qalib gəlib, sonrakı matçda Dövlət Miqrasiya Xidməti ilə görüşdə heç-heçə qeydə alınıb - 3:3. Üçüncü matçında agentliyin oyunçuları Dövlət Statistika Komitəsinin futbolçuları üzərində 3:1 hesablı qələbə qazanıb. Dördüncü turda AZƏRTAC - Bakı Metropoliteni komandalarının oyunu 5:2 hesabı ilə metropoliten işçilərinin üstünlüyü ilə yekunlaşıb. Ötən turda komanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 3:4 hesabı ilə məğlub olub.
AZƏRTAC-ın kollektivi növbəti oyununu gələn il yanvarın 8-də Dövlət Reklam Agentliyinə qarşı keçirəcək.
Gələn il mayın 6-dək davam edəcək turnirin ilkin mərhələsində komandalar dörd qrupa bölünüb. Qrupların hər birində 13 komanda mübarizə aparır.
C qrupunda AZƏRTAC-la yanaşı, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Xarici İşlər, Müdafiə nazirlikləri, Statistika Komitəsi, Bakı Metropoliteni, Şəhərsalma və Arxitektura Komitəsi, Əqli Mülkiyyət Agentliyi, Dövlət Reklam Agentliyi, “Meliorasiya və Su Təsərrüfatı” ASC və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) komandaları yer alıblar.
Qrup mərhələsinə gələn il fevralın 26-da yekun vurulacaq. İlk səkkiz yeri tutan komandalar mübarizəni pley-off mərhələsində davam etdirəcəklər. Bu raundun oyunları martın 4-26-da təşkil olunacaq. İkinci mərhələyə yüksəlmiş 16 komanda dörd qrupa bölünəcək. Bu raundun oyunları aprelin 1-dən 23-dək keçiriləcək. Qrupun qalibi olan komandalar “Dördlər final”a vəsiqə qazanacaqlar