Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycanlı gimnastlar: Dünya çempionatında qazandığımız qızıl medalı ölkəmizə həsr edirik

ID:

29.05.2021 22:50 / İDMAN

Foto : AZƏRTAC / Tofiq Babayev

Aerobika gimnastikası üzrə 16-cı dünya çempionatında qazandığımız qızıl medalı Azərbaycana həsr edirik.

AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında aerodans proqramında qızıl medal qazanan Azərbaycan gimnastları - Nurcan Cabbarlı, Mədinə Mustafayeva, Nərminə Hüseynova, Ayxan Əhmədli, Nigar İbrahimbəyli və Akif Kərimli çempionluq sevinclərini ifadə edərkən deyiblər.