Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycanla Yaponiya arasında kiçik şəhərlərdə su təchizatı və kanalizasiya ilə bağlı qanun layihəsi təsdiqlənib

ID:

20.12.2021 11:25 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən “Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə dair 2009-cu il mayın 29-da imzalanmış AZB-P4 nömrəli Kredit Sazişinə Dəyişiklik Məktubu”nun təsdiq edilməsinə dair qanun layihəsini təsdiqləyib.