Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycanın Ukraynadakı səfirliyi soydaşlarımıza müraciət edib

ID:

26.07.2020 00:05 / SİYASƏT

Azərbaycanın Ukraynadakı səfirliyi soydaşlarımızı bu ölkədə ermənilərin təxribatlarına uymamağa çağırıb.

Səfirlikdən AZƏRTAC-a daxil olan müraciətdə deyilir: “Çox dəyərli həmvətənlərimiz, soydaşlarımız, Azərbaycan vətəndaşları! Bu gün beynəlxalq arenalarda, cəbhədə uduzan Ermənistan hiyləgər siyasət yeridərək dünyada, o cümlədən Ukraynada yaşayan azərbaycanlıları təxribata çəkir.