Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət cütlüyümüz Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatında temp hərəkətində çıxışını təqdim edib.
×
Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət cütlüyümüz Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatında temp hərəkətində çıxışını təqdim edib.
AZƏRTAC xəbər verir ki, gimnastlarımızın final mərhələsindəki çıxışı 28,640 xalla qiymətləndirilib.
Təmsilçilərimiz hazırda ikinci pillədə qərarlaşıblar.
Çempionatda 17 ölkədən 170 gimnast iştirak edir.
Dörd gün davam edəcək yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.