Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət cütlüyümüz Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatında balans hərəkətində çıxışını təqdim edib.
×
Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət cütlüyümüz Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatında balans hərəkətində çıxışını təqdim edib.
AZƏRTAC xəbər verir ki, gimnastlarımızın final mərhələsindəki çıxışı 28,860 xalla qiymətləndirilib.
Təmsilçilərimiz hazırda üçüncü pillədə qərarlaşıblar.
Çempionatda 17 ölkədən 170 gimnast iştirak edir.
Azərbaycan komandasının hesabında 3 medal var. Belə ki, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz qarışıq və temp hərəkətlərində bürünc, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz isə temp hərəkətində gümüş medal qazanıblar.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.