Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz qarışıq hərəkət üzrə final mərhələsində çıxışını təqdim edib.
×
Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz qarışıq hərəkət üzrə final mərhələsində çıxışını təqdim edib. Cütlüyümüzün çıxışı 28,270 xalla qiymətləndirilib.
Komandamız hazırda birinci pillədə qərarlaşıb.
Çempionatda 17 ölkədən 170 gimnast iştirak edir.
Dörd gün davam edəcək yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.