Ermənistanın İkinci Qarabağ müharibəsi zamanı mülki əhalimizə qarşı törətdiyi cinayətlərlə bağlı Azərbaycan tərəfinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərdiyi şikayətlər icraat mərhələsindədir.
×
Ermənistanın İkinci Qarabağ müharibəsi zamanı mülki əhalimizə qarşı törətdiyi cinayətlərlə bağlı Azərbaycan tərəfinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərdiyi şikayətlər icraat mərhələsindədir. Bununla bağlı Azərbaycan tərəfinin mövqeyi Avropa Məhkəməsinə gələn aydan təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov yanvarın 18-də jurnalistlərə müsahibəsində deyib.
Ç.Əsgərov bildirib ki, Azərbaycan Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsi dövründə ermənilərin törədikləri cinayətlərlə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayətlər edib. Azərbaycan dövləti 2005-ci ildən bəri bu cür şikayətləri hazırlayaq Avropa Məhkəməsinə göndərib. Bu şikayətlər arasında Azərbaycan vətəndaşlarının doğma torpaqlarından qaçqın və məcburi köçkün düşməsi, mülkiyyətlərinə ziyan dəyməsi ilə bağlı müraciətlər də var. Bunların hamısı Azərbaycan dövləti tərəfindən görülüb.