Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

"Azərbaycanın gənc qurucuları” adlı ilk layihə əsaslı öyrənmə olimpiadasının final mərhələsi keçirilib

ID:

06.06.2023 17:45 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / Ilkin Cavansirov

İyunun 6-da ADA Universitetində Qazax Müəllimlər Seminariyası / ADA Universiteti Qazax Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Qarabağ Dirçəliş Fondu və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə “Azərbaycanın gənc qurucuları” adlı ilk layihə əsaslı öyrənmə olimpiadasının final mərhələsi keçirilib.