Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycanın cüdo məşqçilərinə Yaponiya hökumətinin "Gümüş Şüalı Gündoğar Ordeni" təqdim edilib

ID:

28.10.2021 22:00 / İDMAN

Foto : AZƏRTAC / Rəşad Mehdiyev

Oktyabrın 28-də Yaponiyanın Azərbaycandakı səfirinin iqamətgahında Azərbaycanın cüdo üzrə iki məşqçisinin - “Kanokan TT” peşəkar cüdo idman klubunun prezidenti Tərlan Həsənov və cüdo üzrə paralimpiya yığma komandasının keçmiş baş məşqçisi Əhməddin Rəcəblinin Yaponiya hökumətinin “Gümüş Şüalı Gündoğar Ordeni”(The Order of the Rising Sun, Silver Rays) ilə təltif olunma mərasimi keçirilib.