Kütləvi informasiya vasitələri həssas məsələlərdə müəyyən qaydalara riayət etməli, ayrı-ayrı şəxslərin, vətəndaşların hüquq və şəxsiyyətlərinin toxunulmazlığı ilə bağlı məsələləri diqqətdə saxlamalıdırlar.
×

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Baş prokuroru Kamran Əliyev İmişli rayonunda 2010-cu il təvəllüdlü qızın hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaqın gedişinə dair jurnalistlərə müsahibəsində deyib.
Həmin hadisənin nəzarətə götürüldüyünü bildirən Baş prokuror deyib: “İmişli rayonunda baş verən hadisə ilə əlaqədar informasiya daxil olan kimi dərhal cinayət işi başlanıb və şübhəli şəxs qısa müddət ərzində müəyyənləşdirilərək saxlanılıb. Hazırda intensiv istintaq hərəkətlər aparılır. Həmin şəxsin cinayət məsuliyyətinə cəlb olunaraq barəsində cinayət işinin açılması mövcud sübutlar əsasında həll ediləcək. Baş verən cinayət faktı çox ciddi məsələdir və biz bu işi daim nəzarətdə saxlayırıq”.