Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycanın Baş prokuroru Almaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

ID:

24.06.2020 17:30 / CƏMİYYƏT

Foto Azertac

İyunun 24-də Baş prokuror Kamran Əliyev Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Kamran Əliyev ölkələrimiz arasında dərin tarixi köklərə malik münasibətlərin inkişafından söhbət açıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat verib.